19 dekabr 2025. Cümə

“Biz əslində uduzmadıq”


  • Formula-1
  • 22:09 18.12.2025
  • Oxunma sayı: 22
“Biz əslində uduzmadıq”

"Red Bull" komandasının pilotu Maks Verstappen Formula-1 üzrə beşinci dünya çempionluğu uğrunda mübarizədə məğlubiyyəti niyə itki hesab etmədiyini açıqlayıb.  

90deqiqe.Az-ın "Autosport"a istinadən məlumatına görə, niderlandlı sürücünün sözlərinə görə, 2025-ci mövsümdə komandası əvvəlcədən "Maklaren"lə rəqabət aparacaq səviyyədə olmayıb, xalların azalması isə avtomobildə edilən yeniliklər və rəqiblərin səhvləri nəticəsində mümkün olub.

"Mən buna belə baxıram… Biz uduzmadıq, çünki əvvəldən titul uğrunda mübarizədə deyildik. Mövsümün gedişinə baxsaq, real rəqabət şansımız olmayıb. Onların iki pilotu var idi və təbii ki, xalları bir-birindən alırdılar. Sən isə tək olanda və müəyyən mərhələdə işlər yaxşı getməyə başlayanda fərqi tədricən azaldırsan. Bir neçə qəza, strateji səhvlər, diskvalifikasiyalar — və birdən mübarizəyə qoşulursan. Mən nəyisə əldən verdiyimizi hiss etmirəm" 

Pilot həmçinin İspaniya Qran-prisində Corc Rassellə toqquşması və aldığı cəza səbəbindən itirdiyi xallara görə peşman olmadığını vurğulayıb. Onun fikrincə, bu epizod mövsümün ümumi taleyində həlledici rol oynamayıb.







Formula-1

“Biz əslində uduzmadıq”
  • Formula-1
  • 22:09 18.12.2025
“Biz əslində uduzmadıq”
FIA-nın yenidən rəhbəri oldu
  • Formula-1
  • 22:21 12.12.2025
FIA-nın yenidən rəhbəri oldu