- Formula-1
- 23:41 19.12.2025
Dördqat dünya çempionu Maks Verstappen "Ferrari" pilotu Luis Hemiltonun karyerasını başa vuracağı barədə yayılan söz-söhbətlərə münasibət bildirib.
90deqiqe.Az xəbər verir ki, "Autosport" pilotçunun dediklərini belə çatdırıb.
"Əlbəttə, keçən mövsüm Hamilton üçün yaxşı keçmədi. Hər şeyi nəzərə alsaq, məsələn, komandası ilə radio danışıqları, bu, həqiqətən xoşagəlməzdir. Mən də bunu görməkdən məmnun deyiləm. Belə hallar xoşuma gəlmir.
Söhbətlər barədə dəqiq bir şey deyə bilmirəm. Amma əminəm ki, Lyuis vaz keçməyəcək və Formula-1-də qalacaq"
2025-ci il mövsümü yekunlaşdıqda, yeddiqat dünya çempionu Hemilton şəxsi hesablamada 156 xal toplayaraq altıncı pillədə qərarlaşıb. Onun komanda yoldaşı Şarl Lekler isə 242 xalla beşinci sırada yer alıb. Dünya çempionu "Maklaren" pilotu Lando Norris olub. Qeyd edək ki, Hemilton karyerasında ilk dəfə bir mövsüm ərzində podiuma qalxa bilməyib.