- Formula-1
- 23:41 19.12.2025
"Mercedes" və "Red Bull" komandalarının mühərrik istehsalçıları Formula 1 texniki reglamentində mümkün "boz zona" tapıblar.
90deqiqe.Az-ın "Motorsport"a istinadən məlumatına görə, söhbət mühərrikin iş zamanı sıxılma dərəcəsini artırmaq üsulundan gedir.
Texniki reglamentə əsasən, mühərriklərdə sıxılma dərəcəsi 16:1-dən yuxarı ola bilməz. Lakin tapılan üsul vasitəsilə işlək vəziyyətdə sıxılma dərəcəsi 18:1-ə çatdırıla bilər ki, bu da mühərrik gücünü təxminən 15 at qüvvəsi artırır.
Bildirilir ki, "Ferrari", "Honda" və "Audi" FİA-ya müraciət edərək bu üsulun qadağan edilməsini tələb edib. Lakin FİA hələ də Avstraliya Qran-Prisinə qədər müvafiq texniki direktivi qəbul edib sıxılma dərəcəsinin ölçmə prosedurunu dəyişmək imkanına tam əmin deyil.