- Formula-1
- 23:41 19.12.2025
Formula-1 komandası "Uilyams" 2026 mövsümü üçün Barselonada keçiriləcək testlərdə istifadə olunacaq yeni livreyini nümayiş etdirib.
90deqiqe.Az-ın məlumatına görə, komanda azarkeşlərinə daha əvvəl də livreyi seçmək imkanı vermişdi və 200 km-lik sınaq gününün mövsümöncəsi testlərdən əvvəl keçiriləcəyi planlaşdırılır.
Qeyd edək ki, daha əvvəl "Uilyams" bütün dünyadakı azarkeşlərinə testlər üçün livreyi dizaynını seçmək imkanı vermişdi. Bu ilk belə təşəbbüs deyil: 2023-cü ildə azarkeşlər "Bolder than Bold" livreyini seçmiş, 2025-ci ildə isə 140 000-dən çox insan "Driven By Words" kampaniyasında iştirak etmişdi.