- Formula-1
- 22:29 20.12.2025
“Red Bull” pilotu, dördqat dünya çempionu Maks Verstappen komanda mühəndisi Janpiero Lambyazenin şəxsi həyatı ilə bağlı çətinliklərini açıqlayıb.
90deqiqe.Az-ın "RacingNews365"ə istinadən məlumatına görə, Verstappen bildirib ki, Lambyazenin ili olduqca mürəkkəb keçib və iş ilə şəxsi həyatı uzlaşdırmaq onun üçün asan olmayıb.
“Onun ili çətin keçdi, hələ də çətindir. İşlə şəxsi həyatını birləşdirməyin nə qədər çətin olduğunu tam anlamırdım. Bəzən radiodan eşidirəm ki, müəyyən anlar olur, sonra isə düşünürəm: ‘Bunu həqiqətən eləməliydimmi?’ Amma ümumilikdə yaxşı idarə edirik. Trasda o, işini maksimum səylə yerinə yetirir, sonra həftəsonu bitir və evə qayıdanda düşünürsən: ‘F-1-dən uzaqlaşmaq lazımdır’.
Tam nə yaşadığını anlaya bilmirəm, amma sınamaq olar. Hadisələrin detalları barədə çox məlumatım yoxdur və daima soruşmaq istəmirəm. Yarışa fokuslanırsan, amma baş verənləri dəyişə bilmirsən. Əlbəttə, ona lazım olan hər şeyi soruşdum və edə bilərik, amma vəziyyət çox xoş deyil”.