- Formula-1
- 15:40 21.12.2025
Dördqat dünya çempionu Maks Verstappen ikiqat dünya çempionu Fernando Alonsonu “24 saatlıq Le-Man” yarışında ideal komandaya çevriləcək sürücü adlandırıb.
90deqiqe.Az xəbər verir ki, "F1 Oversteer" pilotçunun dediklərini belə çatdırıb.
“Şəxsən mən hesab edirəm ki, 40 və ya 44 yaşımda bu günkü səviyyədə olmayacağam. Ola bilər motivasiya baxımından eyni olaram, amma top avtomobil yoxdursa, daha da çətin olar. Əgər Fernandonu 2023-cü ildəki kimi top avtomobildə görsəydik, o, yenə də döyüşçü ruhunu göstərərdi. Onun nə edə biləcəyini görürsünüz – o həqiqətən döyüşçüdür. İki dəfə dünya çempionu olmuş və çox nailiyyətlər qazanmış birinin onuncu yer uğrunda mübarizə aparması…”
Verstappen 2025-ci ildə GT3 sinfi üçün Nürburqrinqdə yarış lisenziyası alaraq dözümlülük yarışlarında debüt edib və gələcəkdə Le-Man yarışına qatılmaq istədiyini açıqlayıb. Bu yarışa digər F1 sürücüləri, o cümlədən Şarl Lekler və Pyer Qasli də maraq göstəriblər.