- Formula-1
- 20:42 22.12.2025
Avtomobil idmanı nəşri "Motorsport Week" 2022–2025-ci illərdə qround-effekt reglamenti dövrünün ən yaxşı 10 Formula-1 pilotunu açıqlayıb.
90deqiqe.Az xəbər verir ki, reytinqdə “Red Bull” komandasının pilotçusu Maks Verstappen birinci, “Ferrari”nin üzvü Şarl Lekler ikinci, “Maklaren” sürücüsü Lando Norris isə üçüncü yerdə qərarlaşıb.
Reytinqə görə, top-10 pilot belədir:
Maks Verstappen (“Red Bull”)
Şarl Lekler (“Ferrari”)
Lando Norris (“Maklaren”)
Fernando Alonso (“Alpine”/“Aston Martin”)
Corc Rassel (“Mercedes”)
Lyuis Hemilton (“Mercedes”/“Ferrari”)
Karlos Sayns (“Ferrari”/“Uilliams”)
Oskar Piastrı (“Maklaren”)
Pyer Qasli (“Alpha Tauri”/“Alpine”)
Niko Hülkenberq (“Haas”/“Kik-Zauber”)
Qeyd edək ki, 2022–2025-ci illər ərzində yalnız iki pilot dünya çempionu olub — Maks Verstappen (üç dəfə) və Lando Norris. Niderlandlı sürücünün ümumilikdə dörd titulunun olduğu bildirilir.