- Formula-1
- 20:42 22.12.2025
“Mercedes” komandası tərəfindən 2026-cı il mövsümü üçün nəzərdə tutulan yeni mühərriklərin hazırlanması texniki reglament ətrafında yaranmış mübahisə səbəbindən çətinliklərlə üzləşib.
90deqiqe.Az xəbər verir ki, bu, cari çempion “Maklaren” daxil olmaqla, dörd komandanı mühərriksiz qoymaq riski yaradır. Yeni qaydalara əsasən mühərrikin sıxılma dərəcəsi 18:1-dən 16:1-ə endirilməlidir. Lakin “Mercedes” mühəndisləri iş temperaturunda hissələrin istilik genişlənməsindən istifadə edərək bu məhdudiyyəti əvəz edən sistem hazırlayıblar.
FİA fövqəladə iclas keçirərək məsələnin həlli üçün kompromis variantını nəzərdən keçirir: “Mercedes” mühərrikləri ilə komandaların 2026-cı ildə yarışa çıxmasına icazə verilsin, lakin 2027-ci ilə qədər mühərriklər qaydaya salınmalıdır. Digər istehsalçılar bu qərarla razılaşmayıblar.