23 dekabr 2025. Çərşənbə axşamı

“Belə şam yeməyini hər il təşkil edirik"


  • Formula-1
  • 21:14 23.12.2025
  • Oxunma sayı: 36
“Belə şam yeməyini hər il təşkil edirik"

Dördqat dünya çempionu, “Red Bull” pilotu Maks Verstappen ənənəvi illik pilot şam yeməyində hesabı kim ödəyib mövzusunda açıqlama verib.

90deqiqe.Az xəbər verir ki, "Motorsport" təcrübəli sürücünün dediklərini belə çatdırıb.

“Keçən il Valtteri Bottas çox gözəl jest etdi və bütün xərcləri öz üzərinə götürdü. Pilotlar zarafat edirdilər ki, 2025-ci ildə növbə mənə gələcək, mən də razılıq verdim. Masanın son tərəfində oturmuşdum, girişdən ən uzaq yerdə, demək olar ki, bütün axşam söhbət etdik, əyləndik. Sonra isə kiminsə çıxmağa hazırlaşdığı bir anda məlum oldu ki, Pyer Qasli artıq hər şeyi ödəyib.”

O əlavə edib:

“O vaxt o, zalın digər tərəfində cin-tonik içirdi. Amma gələn il şam yeməyindən əvvəl hamıya deyəcəm ki, hesabı mən ödəyim. Belə hallarda adətən çox səxavətli oluram. Əminəm ki, gələn il yenə belə bir şam yeməyi təşkil edəcəyik.”







Formula-1