- Formula-1
- 23:43 23.12.2025
Formula 1-də çıxış edən “Red Bull” komandasının pilotu, dördqat dünya çempionu Maks Verstappen 2026-cı mövsümdən etibarən istifadə olunacaq yeni güc qurğusunun səsi ilə bağlı fikirlərini bölüşüb.
90deqiqe.Az xəbər verir ki, "RacingNews365" təcrübəli sürücünün dediklərini belə çatdırıb.
“Yeni mühərriki eşitdim. Çox gur səs çıxarır və səsi həqiqətən çox yaxşıdır. Düzdür, hələlik bu, yalnız sınaq stendində olub, amma səs kifayət qədər sərtdir. Düşünmürəm ki, mühərrikin hazırlanması zamanı səs əsas amil olub, lakin nəticə yaxşı alınıb. Bu, V10 deyil, amma yenə də pis səslənmir”
Xatırladaq ki, daha əvvəl mediada “Mersedes” və “Red Bull” komandalarının texniki reqlamentlərin şərhi ilə bağlı müəyyən üstünlük əldə edə biləcək üsul tapdıqları barədə məlumat yayılmışdı. Mənbələrin qiymətləndirməsinə görə, statik şəraitdə mühərriklərin yoxlanılması ilə bağlı bu yanaşma dövrə başına bir neçə onluq saniyə qazanc verə bilər.