- Formula-1
- 21:50 24.12.2025
“Ferrari”nin britaniyalı pilotu Luis Hemiltonun yarış mühəndisi Rikardo Adami 2026-cı ildə də onunla əməkdaşlığı davam etdirəcək.
90deqiqe.Az-ın "AutoRacer"ə istinadən məlumatına görə, mövsümün sonunda Hemilton və Adami şəxsi görüş keçirərək şam yeməyində 2026-cı il üçün əməkdaşlıq qərarını təsdiqləyiblər.
Qeyd edək ki, daha əvvəl komandanın rəhbəri Frederik Vassər Hemiltonun yarış mühəndisinin dəyişdirilə biləcəyini istisna etmirdi.
Hemilton 2025-ci ilin əvvəlində “Ferrari”yə keçib. Lakin debüt mövsümündə o, karyerasında ilk dəfə Qran-pridə podiuma yüksəlməyib və çempionatı altıncı pillədə başa vurub, komanda yoldaşı Şarl Leklerin 86 xal gerisində qalıb.