25 dekabr 2025. Cümə axşamı

“Fettelin "Formula-1"ə qayıdışı hazırda uyğun deyil”


  • Formula-1
  • 21:20 25.12.2025
  • Oxunma sayı: 35
“Fettelin "Formula-1"ə qayıdışı hazırda uyğun deyil”

Keçmiş Formula-1 pilotu, hazırda isə ekspert kimi çıxış edən Ralf Şumaxer Sebastian Fettelin “Red Bull”a inzibati vəzifədə mümkün qayıdışı ilə bağlı yayılan şayiələri şərh edib.  

90deqiqe.Az xəbər verir ki, "Backstage Boxengasse" Şumaxerin dediklərini belə çatdırıb.

“Bir qəzetdə Sebastian Fettelin daha bir namizəd ola biləcəyi ilə bağlı şayiə yayılmışdı. Lakin doktor Marko çox səmimi idi və doğru bir məqama toxundu. Sebastian Fettelin kənd təsərrüfatı, ağaclar və arılar arasında o qədər də çox vaxtı yoxdur. Bunu sadəcə anlamaq lazımdır. Onun hazırda məşğul olduğu işləri çox yaxşı hesab edirəm, amma düşünmürəm ki, bu, hazırda uyğun variantdır. Heç olmasa Formula-1 üçün yox”.

Daha əvvəl dördqat dünya çempionunun Helmut Markonun yerini tuta biləcəyi iddia olunurdu.

Qeyd edək ki, Sebastian Fettel Formula-1 karyerasını başa vurduqdan sonra ekoloji layihələr və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərir.







Formula-1