26 dekabr 2025. Cümə

“Kanada Qran-Prisi mənim üçün dönüş nöqtəsi oldu”


  • Formula-1
  • 22:00 25.12.2025
  • Oxunma sayı: 54
“Kanada Qran-Prisi mənim üçün dönüş nöqtəsi oldu”

Dördqat Formula-1 çempionu Maks Verstappen (“Red Bull”) 2018-ci ilin Kanada Qran-Prisini karyerasında dönüş nöqtəsi adlandırıb.

90deqiqe.Az xəbər verir ki, "Talking Bulls" təcrübəli sürücünün dediklərini belə çatdırıb.

“2018-ci ilin əvvəlindən danışırıq. İlk yeddi yarışda, məncə, sadəcə səhvlər edirdim. Belə hallarda neqativ spiral yaranır. Daha çox təzyiq göstərməyə çalışırsan, amma heç nə alınmır. Özümə görə çox məyus idim. Sonra Montrealdakı yarışda dönüş baş verdi. Düzünü desəm, o gündən etibarən hər şey qaydasına düşdü”.

Verstappenin sözlərinə görə, həmin Qran-Pri onun karyerasında mühüm dönüş nöqtəsi olub və nəticələrinə təsir göstərib.







Formula-1