- Formula-1
- 22:15 26.12.2025
“Red Bull”un ulduz pilotu, dördqat dünya çempionu Maks Verstappenlə çalışan yarış mühəndisi Canpyero Lambyazenin “Aston Martin”ə keçə bilər.
90deqiqe.Az-ın "The Race"ə istinadən məlumatına görə, Lambyazeni “Aston Martin”də idarəçi mövqedə fəaliyyət göstərəcək. Onun komandanın rəhbəri və ya icraçı direktoru vəzifəsinə gətirilməsi istisna edilmir.
Hazırda komandanın rəsmi rəhbəri Edrian Nyuhidir. Bununla belə, mövcud idarəetmə modelinin uzunmüddətli olmayacağı qeyd olunur. Bildirilir ki, təcrübəli konstruktor öz funksiyalarını daha çevik şəkildə yerinə yetirəcək və ənənəvi rəhbər vəzifələrinin bir hissəsi ondan alınacaq.