- Formula-1
- 14:39 27.12.2025
Formula-1 üzrə yeddiqat dünya çempionu Luis Hemilton 2026-cı ildən etibarən qüvvəyə minəcək yeni texniki reqlament dövründə uğur qazanmaq üçün “dua etdiyini” bildirib.
90deqiqe.Az-ın "Autosport"a istinadən məlumatına görə, Luis 2026-cı il üçün hazırlıq prosesini əvvəlki reqlament dəyişiklikləri — 2009, 2014 və 2017-ci illərlə müqayisə edib:
“Bu nəsil, yəqin ki, ən pisi idi, belə deyərdim. Dua edirəm ki, növbəti bundan da pis olmasın.
Yadımdadır, 2009-cu ildə ‘Maklaren’də məzuniyyətdən sonra ilk gündə dedilər ki, ‘qaydalara görə 50 faiz daha az aerodinamik sıxılma qüvvəsi olacaq’. Onlar da buna uyğun bolid hazırlamışdılar. Yanvarda komandaya qoşuldum və dedilər ki, ‘artıq hədəflərimizə çatmışıq’. Mən isə düşündüm: ‘Bu normaldırmı?’. İlk testlərə gedəndə isə gördük ki, boliddə ümumiyyətlə sıxılma qüvvəsi yoxdur və biz ümidsiz şəkildə geridə qalırıq. Bu təcrübədən çox şey öyrəndim”.
Qeyd edək ki, 2022-ci ildə tətbiq olunan mövcud nəsil bolidlərdə britaniyalı pilotun qazandığı 105 Qran-pri qələbəsindən cəmi ikisi bu dövrə təsadüf edib. Hemilton “Ferrari” komandasında keçirdiyi ilk mövsüm olan 2025-ci ildə isə şəxsi hesablamada yalnız altıncı yeri tutub.