- Formula-1
- 18:42 28.12.2025
Maks Verstappenin yarış mühəndisi Canpyero Lambyaze “Uilyams” komandasında işləmək təklifini nəzərdən keçirir.
90deqiqe.Az-ın "Motorsport Italia"ya istinadən məlumatına görə, britaniyalı mühəndislə danışıqları şəxsən “Uilyams”ın rəhbəri Ceyms Voulz aparır. Tarixi komandayı rəqabət səviyyəsinə qaytarmaq layihəsi Lambyazeni maraqlandırır.
Cianpiero Lambyaze 2016-cı ildən Maks Ferstappenin heyətində əsas fiqurlardan biridir və bu dövrdə dörd çempionluq qazanıblar. Onun mümkün gedişi “Red Bull” üçün ciddi itki olacaq. Qeyd olunur ki, qərarın 2026-cı ilin əvvəlində verilməsi gözlənilir.
Əvvəllər məlumat yayılmışdı ki, "Aston Martin" komandası da Lambyazeyə maraq göstərib.