- Formula-1
- 23:52 29.12.2025
Keçmiş Formula-1 pilotu və hazırda ekspert kimi fəaliyyət göstərən Ralf Şumaher, yeddiqat dünya çempionu Luis Həmilton (“Ferrari”) ilə münasibətlərindən danışıb.
90deqiqe.Az xəbər verir ki, Şumaher bildirib ki, onların şəxsi ünsiyyəti demək olar ki, yoxdur və britaniyalı pilot tənqidlərdən uzaq durmağı üstün tutur.
“Bəzən hər şey həm yaxşı, həm də pis tərəfə gedə bilər. Pilot üçün – mən özümə görə deyirəm – səhv etdiyini başa düşmək xoş deyil, xüsusilə də əgər onu ətraflı şəkildə müzakirə edirlərsə. Bu, əlbəttə, incidir, amma reallıq budur,” – Şumaher "F1-insider.com" kanalına verdiyi müsahibədə bildirib.
Eks-pilot əlavə edib ki, Həmilton onun sözlərinə heç bir reaksiya vermir və paddokda kontaktlardan uzaq durur:
“Luis paddokda məni sadəcə görməzdən gəlir. Amma bu normaldır – biz fərqli insanlarıq,” – deyə Ralf vurğulayıb.