2 yanvar 2026. Cümə

FİA etiraz müraciətləri üçün rüsumları kəskin artırdı


  • Formula-1
  • 20:30 01.01.2026
  • Oxunma sayı: 25
FİA etiraz müraciətləri üçün rüsumları kəskin artırdı

Beynəlxalq Avtomobil Federasiyası (FİA) 2026-cı mövsümdən etibarən etiraz müraciətlərinin verilməsi üçün ödəniş məbləğini artırıb.

90deqiqe.Az-ın "RacingNews365"ə istinadən məlumatına görə, növbəti mövsümdən komandalar üçün etirazın təqdim olunması 20 min avroya başa gələcək. Bu, ötən mövsümlə müqayisədə 10 dəfə çoxdur. Qaydalara əsasən, etiraz təmin edildiyi halda ödənilən məbləğ komandaya geri qaytarılacaq.

Xatırladaq ki, 2025-ci ildə “Red Bull” komandası “Mercedes” pilotu Corc Rasselin hərəkətləri ilə bağlı iki dəfə etiraz müraciəti edib. Lakin hər iki etiraz FİA tərəfindən rədd olunub.

Qeyd edək ki, daha əvvəl FİA qaydalarda rəsmi şəkildə təsbit edib: qırmızı bayraq göstərildikdən sonra pilot tərəfindən tamamlanan dövr nəticələrə daxil edilməməlidir.







Formula-1