- Formula-1
- 21:34 01.01.2026
Formula-1 üzrə “Haas” komandası yeni loqosunu ictimaiyyətə təqdim edib.
90deqiqe.Az-ın məlumatına görə, yenilənmiş loqoda əvvəlki dizayna əlavə olaraq komandanın yeni titul sponsoru olan "Toyota Gazoo Racing" adının yer aldığı bildirilib.
2025-ci mövsümünün yekunlarına əsasən, “Haas” Konstruktorlar Kubokunda 8-ci pilləni tutub. Fərdi sıralamada komandanın pilotları Oliver Berman 13-cü, Esteban Okon isə 15-ci yerdə qərarlaşıblar.
Formula-1 Konstruktorlar Kuboku – 2025 mövsümünün yekun nəticələri:
“Maklaren” — 833 xal
“Mercedes” — 469
“Red Bull” — 451
“Ferrari” — 398
“Uilliams” — 137
“Racing Bulls” — 92
“Aston Martin” — 89
“Haas” — 79
“Kick Sauber” — 70
“Alpine” — 22
