2 yanvar 2026. Cümə

“Hər mövsüm bizi heyrətləndirməsini gözləyirik”


  • Formula-1
  • 21:34 01.01.2026
  • Oxunma sayı: 28
“Hər mövsüm bizi heyrətləndirməsini gözləyirik”

“Red Bull” komandasının rəhbəri Loran Mekis 2026-cı mövsümdə Maks Verstappenin komandada yeni tərəfdaşı olacaq fransız gənc pilot İsak Hadjarla bağlı gözləntilərini açıqlayıb.

90deqiqe.Az-ın məlumatına görə, funksioner bu barədə "Formula-1"in rəsmi saytına açıqlamasında bildirib.

“Biz yalnız təbii istedada deyil, həm də pilotların inkişaf etmə qabiliyyətinə inanırıq. Bu illər ərzində gördük ki, çoxlu çempionlar maşında bir neçə yarış əvvəl edə bilmədikləri şeyləri bacarırdılar.

Bu il İsakla da belə oldu. Görürdük ki, o, maşında üç yarış əvvəl edə bilmədiyi şeyləri reallaşdırır.

Sualınıza cavab olaraq deyə bilərəm ki, biz onun bu yolu davam etdirməsini istəyirik. Bunu son nöqtə kimi qəbul etmirik.

Bunu onun üçün yeni bir start kimi görürük ki, inkişafını davam etdirsin, bizi heyrətləndirsin, təəccübləndirsin. Siz bunu ikinci ildə gözləyəcəksiniz, üçüncü ildə, bəlkə dördüncü ildə də. Bu, bizim üçün birgə səyahət kimidir”







Formula-1