3 yanvar 2026. Şənbə

Formula-1-in yeni komandasından maraqlı anons - FOTOLAR


Formula-1-in yeni komandasından maraqlı anons  - FOTOLAR

Formula-1-də 2026-cı ildən etibarən mübarizə aparacaq “Kadillak” komandası 5 yanvar tarixinə planlaşdırılan açıqlamanın anonsunu yayımlayıb.

90deqiqe.Az xəbər verir ki, komandanın sosial mediada paylaşdığı vizualda pişik gözünə bənzər görüntü, həmçinin 24 nömrəsi və “Cadillac” loqosu diqqət çəkir. Paylaşım “Gələcək haqqında düşüncələr” ifadəsi ilə müşayiət olunub.

Anonsda yer alan detallar mümkün pilot seçimi ilə bağlı müzakirələrə səbəb olub. Mütəxəssislərin fikrincə, bu eyhamlar 24 nömrəsi ilə yarışan və son olaraq “Ferrari” ilə yollarını ayıran çinli pilot Quanyu Çjouya işarə edə bilər.

Qeyd olunur ki, Çjou ABŞ təmsilçisinin strukturunda rezerv pilot statusu ala bilər.







Formula-1