7 yanvar 2026. Çərşənbə

Corc Rassell Maks Verstappenlə eyni komandada çıxış ehtimalından danışıb


  • Formula-1
  • 15:14 04.01.2026
  • Oxunma sayı: 59
Corc Rassell Maks Verstappenlə eyni komandada çıxış ehtimalından danışıb

“Mercedes” komandasında çıxış edən britaniyalı “Formula-1” pilotu Corc Rassell 28 yaşlı niderlandlı sürücü, “kral yarışları”nın dördqat dünya çempionu Maks Verstappenlə bir komandada çıxış etmə ehtimalı ilə bağlı fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, "Auto Motor und Sport" təcrübəli pilotçununndediklərini belə çatdırıb.

“Haradan baxsaq, ən güclü pilotlar yan-yana mübarizə aparanda gec-tez qarşıdurma qaçılmaz olur. Amma vaxtilə “Mercedes”də Luis [Həmilton] və Valtteri [Bottas] ilə qurulan komanda modeli ideal idi”

Qeyd edək ki, Corc Rassell 2022-ci ildən etibarən Almaniya təmsilçisinin şərəfini qoruyur. Cari mövsümdə britaniyalı pilot 319 xal toplayaraq şəxsi hesabda dördüncü yeri tutub.







Formula-1