7 yanvar 2026. Çərşənbə

Fernando Alonso “Kral yarışları”na əfsanəvi avtomobil ilə gəldi - VİDEO


  • Formula-1
  • 15:33 04.01.2026
  • Oxunma sayı: 61
Fernando Alonso “Kral yarışları”na əfsanəvi avtomobil ilə gəldi - VİDEO

1997–2002-ci illər arasında cəmi 26 ədəd buraxılan və bu gün bir hissəsi 10 milyon ABŞ dollarından baha qiymətə satılan “Mercedes CLK GTR” yenidən gündəmə gəlib.

90deqiqe.Az xəbər verir ki, bu barədə "RacingNews365" nəşri məlumat yayıb.

Məlumata görə, “Formula-1”in ikiqat dünya çempionu Fernando Alonso paddoka seriya nömrəsi 1414 olan avtomobillə gəlib. Simvolik məqam ondan ibarətdir ki, ispan pilot “Kral yarışları”nda məhz 14 nömrə altında çıxış edir.

“Mercedes CLK GTR” 6,9 litrlik V12 mühərriklə təchiz olunub və 600 at gücündən artıq performansa malikdir. Avtomobilin yol üçün nəzərdə tutulan versiyası cəmi 26 nüsxədə istehsal edilib — 20-si kupe, 6-sı isə rodster kuzovunda.

Qeyd edək ki, bu model sonradan “24 saat Le-Man” yarışına uyğunlaşdırılıb və 1998-ci ildə CLK LM adı ilə təqdim olunub.







Formula-1