- Formula-1
- 19:15 05.01.2026
Yanvarın sonunda "Broad Arrows" hərrac evi 1992-ci il mövsümünə aid, "Benetton-Ford 05" nömrəli Formula-1 bolidini açıq satışa çıxaracaq.
90deqiqe.Az xəbər verir ki, avtomobil Mixael Şumaxerin karyerasında ilk qələbəsini qazandığı boliddir və qiyməti 8,5 milyon avrodan artıq qiymətləndirilir.
Şumaxer bu bolid ilə "Spa-Francorchamps" trasında Belçika Qran-Prisini qazanıb və həmin maşınla mövsümün ümumilikdə beş mərhələsində iştirak etmişdir. Bolid ilə o, həmçinin Kanadada ikinci yerə yüksəlmişdir.
Şumaxer qələbədən sonra belə danışıb:
“Bunu sözlə ifadə edə bilmirəm… Bu qələbəni komandama təşəkkür edirəm və alman azarkeşlərinə həsr edirəm.”
“Benetton”un idmandan çıxmasından sonra bolid "Renault Classic" kolleksiyasında saxlanılıb və sonradan tam funksional vəziyyətə bərpa edilib.