7 yanvar 2026. Çərşənbə

"Red Bull"da Verstappenin komanda yoldaşı olmaq "Formula 1"də ən pis işdir"


  • Formula-1
  • 19:15 05.01.2026
  • Oxunma sayı: 89
"Red Bull"da Verstappenin komanda yoldaşı olmaq "Formula 1"də ən pis işdir"

“Red Bull”un sabiq pilotu, Serxio Peres Avstriya təmsilçisində çıxış etməyin çətinlikləri ilə bağlı açıqlama verib.

90deqiqe.Az-ın "Oso Trava"ya istinadən məlumatına görə, meksikalı pilotçu bildirib ki, Formula-1-də ən mürəkkəb rollardan biri məhz “Red Bull”da Maks Verstappenin komanda yoldaşı olmaqdır:

“Mən ən yaxşı komandada idim, amma bu, çox çətin komandadır. Maksın komanda yoldaşı olmaq asan deyil, lakin ‘Red Bull’da onunla birlikdə çıxış etmək Formula-1-də ən ağır işdir.

‘Red Bull’a gedərkən nəyə razılaşdığımı yaxşı bilirdim. Kristian Hornerlə görüşdə o, mənə dedi ki, ‘bizim iki maşınımız olacaq, çünki bu, qaydalara görə tələb olunur, amma layihə Maks üçün qurulub, o bizim əsas istedadımızdır’. Mən bunu tam şəkildə anlayırdım”.

 







Formula-1