- Formula-1
- 22:30 07.01.2026
"Ligier Automotive" şirkətinin istehsalı olan dizel kvadrisikli Ligier JS50 “Nürburqrinq” trasının “Nordşlayfe” hissəsində qeyri-adi rekordla yadda qalıb.
90deqiqe.Az-ın "Motor1"ə istinadən məlumatına görə, maksimal sürəti 45 km/saatla məhdudlaşdırılan avtomobil trası 28 dəqiqə 25,8 saniyəyə başa vurub. Bununla da o, uzun illər ərzində ən yavaş sürətli dövrə kimi tanınan Trabant P50 (16:01) nəticəsini geridə qoyub.
Ligier JS50 Fransada şəhər tipli motorlu nəqliyyat vasitələri kateqoriyasına daxildir və bu nəqliyyat vasitəsini 14 yaşdan etibarən sürücülük hüququ olmadan idarə etmək mümkündür.
Qeyd edək ki, yaxın vaxtlarda İtaliyada da maraqlı yarış təşkil olunub. Həmin yarışda Fiat Panda modelinin ən alçaq, ən qısa və ən ensiz modifikasiyaları eyni yürüşdə iştirak edib.
