11 yanvar 2026. Bazar günü

“Maklaren” 2026-cı il üçün yeni bolidini fevralın 9-da təqdim edəcək


  • Formula-1
  • 23:51 09.01.2026
  • Oxunma sayı: 75
“Maklaren” 2026-cı il üçün yeni bolidini fevralın 9-da təqdim edəcək

Formula-1 üzrə “Maklaren” komandası 2026-cı il mövsümü üçün hazırladığı yeni bolidi bazar ertəsi, fevralın 9-da təqdim edəcək.

90deqiqe.Az-ın məlumatına görə, təqdimat Bakı vaxtı ilə saat 18:00-da Bəhreyndə yerləşən avtoidman trasında baş tutacaq. Bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, təqdimat zamanı azarkeşlər “Maklaren”in icraçı direktoru Zak Braun, komandanın rəhbəri Andrea Stella, eləcə də pilotlar Lando Norris və Oskar Piastrinin açıqlamalarını dinləyə biləcəklər.

Formula-1 komandalarının təqdimat təqvimi:

  • 15 yanvar — “Red Bull”, “Racing Bulls” (livreyalar)

  • 19 yanvar — “Haas” (livreya)

  • 20 yanvar — “Audi” (livreya)

  • 23 yanvar — “Alpine” (livreya), “Ferrari”

  • 2 fevral — “Mercedes”

  • 3 fevral — “Uilliams”

  • 8 fevral — “Kadillak”

  • 9 fevral — “Aston Martin”, “Maklaren”

Qeyd edək ki, 2026-cı il mövsümü Formula-1-də yeni texniki reqlamentlərin tətbiqi ilə yadda qalacaq.







Formula-1