13 yanvar 2026. Çərşənbə axşamı

“Ferrari” 2026 mövsümünə hazırlıqda gecikmə ilə üzləşib


  • Formula-1
  • 21:13 12.01.2026
  • Oxunma sayı: 44
“Ferrari” 2026 mövsümünə hazırlıqda gecikmə ilə üzləşib

“Ferrari” komandasında 2026-cı il mövsümünə hazırlıq prosesində gecikmə yaranıb.

 90deqiqe.Az-ın "Autoracer"ə istinadən məlumatına görə, bu vəziyyət bolidin hazırlanmasına tətbiq olunan aqressiv yanaşma ilə əlaqələndirilir.

Şarl Lekler və Luis Hemilton artıq yeni avtomobil üçün oturacaq sınağından keçsələr də, şassi rəsmi şəkildə təsdiqlənsə də, bolidin mühərriki hələ ki ilk dəfə işə salınmayıb.

Bəzi mənbələr mövcud durumu xaotik kimi qiymətləndirir. Bununla belə, yeni güc qurğusunun sınaq stendində ilk işə salınmasının yaxın vaxtlarda həyata keçiriləcəyi gözlənilir.

Xatırladaq ki, ötən mövsüm yeddiqat dünya çempionu Luis Hemilton pilotların ümumi sıralamasında altıncı yeri tutub. Onun komanda yoldaşı Şarl Lekler isə mövsümü beşinci pillədə başa vurub.







Formula-1