15 yanvar 2026. Cümə axşamı

Verstappen “Red Bull”un Barselona testləri ilə bağlı gözlənilməz açıqlama verdi


  • Formula-1
  • 22:34 14.01.2026
  • Oxunma sayı: 40
Verstappen “Red Bull”un Barselona testləri ilə bağlı gözlənilməz açıqlama verdi

Formula-1 üzrə dördqat dünya çempionu, niderlandlı Maks Verstappen 2026-cı il mövsümünün startı ərəfəsində Barselonada keçiriləcək ilk testlərdə “Red Bull”un çıxışı ilə bağlı gözlənilməz açıqlama verib.

90deqiqe.Az xəbər verir ki, "Racingnews365" təcrübəli pilotçunun dediklərini belə çatdırıb.

“Yeni bolidin və yeni mühərrikin necə işləyəcəyi barədə heç birimizin dəqiq təsəvvürü yoxdur. Düşünürəm ki, yanvarın 26-da Barselonada başlayacaq ilk testlər zamanı trasda olduğumuzdan daha çox vaxtı bokslarda keçirəcəyik. Ümid edirəm ki, fevral ayında Bəhreyndə keçiriləcək iki test günündən sonra daha aydın təsəvvürümüz yaranacaq”







Formula-1