- Formula-1
- 23:16 14.01.2026
Avstriyanın “Red Bull” komandasının sabiq məsləhətçisi Helmut Marko dördqat Formula-1 dünya çempionu, niderlandlı Maks Verstappenin fərqliliyini onunla ilk görüş zamanı hiss etdiyini bildirib.
90deqiqe.Az xəbər verir ki, "F1-Insider" Markonun dediklərini belə çatdırıb.
“Makslə ilk söhbətimiz xeyli uzun çəkdi. Onun bədəni 15 yaşlı yeniyetmənin, düşüncə tərzi isə 25 yaşlı insanın səviyyəsində idi. O, karyerasının lap əvvəlindən nə istədiyini dəqiq bilirdi. Bu, dərhal hiss olunurdu: Maks məqsədinə çatmaq üçün əlindən gələni edəcək”
Hazırda 82 yaşı olan Helmut Marko 2005-ci ildən etibarən “Red Bull” strukturunda çalışıb. O, 20 ildən artıq müddətdə komandanın gənc pilotların inkişaf proqramına rəhbərlik edib, əsas və ikinci komandanın heyətinin formalaşmasında mühüm rol oynayıb.