- Formula-1
- 23:16 14.01.2026
Formula-1-də “Audi” komandası qalmaqallı “Mersedes” mühərrikləri ilə bağlı Beynəlxalq Avtomobil Federasiyasına (FİA) digər komandalardan daha çox şikayət göndərən kollektivdir.
90deqiqe.Az-ın "Autoracer"ə istinadən məlumatına görə, narazılıqlar alman mühəndislərin yeni güc qurğusunda tətbiq etdiyi texniki hiylə ilə bağlıdır. Daha əvvəl bildirilmişdi ki, “Mersedes” mühəndisləri reqlamentə əsasən azaldılmalı olan silindrlərdə sıxılma dərəcəsini faktiki olaraq əvvəlki səviyyədə saxlamağın yolunu tapıblar.
Qeyd olunur ki, mühərriklərin texniki yoxlamaları otaq temperaturunda aparıldığı üçün “Mersedes”in güc qurğusu formal olaraq qaydalara uyğundur. Lakin tras şəraitində bu mühərrik rəqiblərlə müqayisədə nəzərəçarpacaq dərəcədə güc üstünlüyü əldə edir.