- Formula-1
- 23:16 14.01.2026
“Red Bull” komandasının pilotu, Formula-1 üzrə dördqat dünya çempionu Maks Verstappen gələcək karyerası ilə bağlı açıqlama verib.
90deqiqe.Az-ın "PlanetF1"ə istinadən məlumatına görə, niderlandlı sürücü Formula-1-dən sonra digər yarış seriyalarında, o cümlədən MotoGP-də çıxış etmə ehtimalını istisna etmədiyini bildirib:
“GT-3 kimi layihələr mənə maraqlıdır. Bir mərhələdə Formula-1 artıq seçim olmayacaq, lakin digər çempionatlar mövcud olacaq. MotoGP də məni həyəcanlandıra biləcək variantlardan biridir”
Qeyd edək ki, Maks Verstappen son Formula-1 mövsümünü 421 xalla şəxsi hesabda ikinci pillədə başa vurub.
Xatırladaq ki, “Red Bull”un sabiq məsləhətçisi Helmut Marko daha əvvəl Verstappenin qeyri-adi potensialını onunla ilk görüş zamanı gördüyünü açıqlamışdı.