16 yanvar 2026. Cümə

“Ferrari” 2026-cı il bolidinin mühərrikini ilk dəfə işə salır


  • Formula-1
  • 23:51 15.01.2026
  • Oxunma sayı: 36
“Ferrari” 2026-cı il bolidinin mühərrikini ilk dəfə işə salır

Formula-1-də çıxış edən İtaliyanın “Ferrari” komandası 2026-cı il mövsümü üçün hazırlanan bolidinin mühərrikini ilk dəfə yanvarın 16-da işə salacaq.

90deqiqe.Az xəbər verir ki, bu barədə "AutoRacer" nəşri məlumat yayıb.

Formula-1 komandalarının qarşıdakı təqdimat qrafiki isə belədir:

  • 15 yanvar — “Red Bull”, “Racing Bulls” (livreya)

  • 19 yanvar — “Haas” (livreya)

  • 20 yanvar — “Audi” (livreya)

  • 23 yanvar — “Alpine” (livreya), “Ferrari”

  • 2 fevral — “Mercedes”

  • 3 fevral — “Uilliams”

  • 8 fevral — “Kadillak”

  • 9 fevral — “Aston Martin”, “Maklaren”

Xatırladaq ki, hazırkı mövsümün fərdi yarışlar üzrə dünya çempionu “McLaren”in pilotu Lando Norrisdir. Konstruktorlar kuboku da Britaniya təmsilçisi “McLaren”ə qismət olub. “Ferrari” isə mövsümü dördüncü pillədə başa vurub.







Formula-1