17 yanvar 2026. Şənbə

Rikardo Adami “Ferrari”də yeni vəzifəyə keçirildi


  • Formula-1
  • 22:30 16.01.2026
  • Oxunma sayı: 51
Rikardo Adami “Ferrari”də yeni vəzifəyə keçirildi

“Ferrari” komandasında kadr dəyişikliyi baş verib.

90deqiqe.Az xəbər verir ki, Rikardo Adami artıq Lyuis Hemiltonun yarış mühəndisi kimi fəaliyyət göstərməyəcək. Bu barədə komandanın rəsmi açıqlamasında bildirilib.

Məlumata görə, Rikardo Adami “Ferrari” Akademiyası və test pilotları proqramının meneceri vəzifəsinə keçirilib. Komandanın açıqlamasında onun Formula-1-də uzunillik təcrübəsinin və texniki biliklərinin gənc pilotların inkişafında mühüm rol oynayacağı vurğulanıb.

“Ferrari” rəhbərliyi Rikardo Adamiyə tras üzərində göstərdiyi xidmətlərə görə təşəkkür edib və yeni vəzifəsində uğurlar arzulayıb. 44 nömrəli bolidi idarə edən pilot üçün yeni yarış mühəndisinin kim olacağı isə yaxın vaxtlarda açıqlanacaq.

 







Formula-1