- Formula-1
- 15:56 17.01.2026
“Alpin” komandası 2026-cı il Formula 1 mövsümünə texniki baxımdan rəqiblərindən bir addım öndə başlaya bilər.
90deqiqe.Az-ın "AutoRacer"ə istinadən məlumata görə, Fransa təmsilçisi yeni reqlamentə uyğun olaraq minimal icazə verilən çəkiyə yaxın bolid hazırlayıb.
Qaydalara əsasən, 2026-cı ildən etibarən bolidlərin çəkisi 30 kq azaldılmalıdır. Bir sıra komandalar bu hədəfə çatmaqda çətinlik çəkdiklərini etiraf etsələr də, “Alpin”in bu məsələdə irəlidə olduğu bildirilir.
Məlumat təsdiqlənərsə, bu amil mövsümün ilk yarışlarında “Alpin”ə mühüm rəqabət üstünlüyü qazandıra bilər.
Qeyd edək ki, komanda 2025-ci ili Konstruktorlar Kubokunda sonuncu sırada başa vurub və əldə edilən 22 xalın hamısını Pyer Qasli qazanıb.