18 yanvar 2026. Bazar günü

"Nəticələri olacaq"


  • Formula-1
  • 07:16 18.01.2026
  • Oxunma sayı: 64
"Nəticələri olacaq"

Formula-1 üzrə keçmiş pilot Ralf Şumaxer 2026-cı ildə “Ferrari”nin perspektivləri ilə bağlı fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, Şumaxer bildirib ki, hər şey komandanın nəticələrindən asılı olacaq:

“Bəli, hər şey risk altındadır, hər şey komandanın nəticələrindən asılıdır. Ona görə də testləri, eləcə də ilk iki yarışı gözləmək lazımdır. Keçən il bizə deyilirdi ki, Çin Qran-prisindən sonra faktiki olaraq heç nə edilməyib, bütün diqqət yeni avtomobilə yönəldilib.

Əgər bu dəfə də alınmasa, təbii ki, qərarlar veriləcək. Mən buna demək olar ki, əminəm. Amma bunu hamı bilir. ‘Ferrari’ üçün bu, yeni hal deyil. Maraqlı statistika var: indiyədək neçə komanda rəhbəri dəyişib və pilotlar nə qədər tez-tez rotasiya olunub.

Düşünürəm ki, Vassör bunu anlayır. O bilir ki, hər şeyi yoluna qoymaq üçün onun şansı var. Həmçinin, pərdəarxasında çalışacaq insanları da artıq hazırlayıb. O, daim deyirdi ki, 2026-cı il bizim ilimiz olacaq.

Əgər bu baş verməsə, təbii ki, o bunu anlayacaq və nəticələrinə qatlanmalı olacaq. Bu, tamamilə məntiqlidir”, — deyə Şumaxerin sözlərini GPBlog sitat gətirib.







Formula-1

"Nəticələri olacaq"
  • Formula-1
  • 07:16 18.01.2026
"Nəticələri olacaq"