- Formula-1
- 23:10 20.01.2026
Formula-1 üzrə yeni iştirakçı “Audi” komandası 2026-cı il mövsümü üçün bolidinin livreyasını ictimaiyyətə təqdim edib.
90deqiqe.Az xəbər verir ki, qarşıdakı mövsüm Almaniya təmsilçisi üçün dünya çempionatında debüt ili olacaq.
Formula-1 komandalarının qarşıdakı təqdimat qrafiki belədir:
23 yanvar — “Alpin” (livreya), “Ferrari”
2 fevral — “Mercedes”
3 fevral — “Uilliams”
8 fevral — “Kadillak”
9 fevral — “Aston Martin”, “Maklaren”
Xatırladaq ki, yeni mövsümdə komandanın pilotları almaniyalı Niko Hülkenberq və braziliyalı Qabriel Bortoleto olacaq.
Qeyd edək ki, hazırkı dünya çempionu “McLaren”in pilotu Lando Norrisdir. Konstruktorlar kuboku da Britaniya təmsilçisi “Maklaren”ə qalıb. “Ferrari” isə mövsümü dördüncü pillədə başa vurub.