- Formula-1
- 23:43 23.01.2026
“Aston Martin”, “Ferrari” və “Maklaren” komandaları 26-30 yanvar tarixlərində keçiriləcək pre-mövsüm testlərinin ilk günündə trasda olmayacaqlar.
90deqiqe.Az-ın "BBC"ə istinadən məlumatına görə, ilk gün yalnız yeddi komanda iştirak edəcəyi gözlənilir.
“Maklaren” rəhbəri Andrea Stella əvvəlcə bildirib ki, komandası yeni bolidi mümkün qədər təkmilləşdirmək üçün işə başlamağı qəsdən gecikdirib və trasda yalnız ikinci və ya üçüncü gündən etibarən iştirak edəcək. “Ferrari” də testlərə yalnız 27 yanvar, çərşənbə günü start verəcək. Bu günə “Aston Martin” də qoşulub.
Qeyd edək ki, qaydalara əsasən komandalar mövcud beş test günündən yalnız üçündə məşqlər keçirə bilərlər. Tamamilə ilk sessiyanı “Uilyams” komandası keçirə bilmir, çünki maşının hazırlanmasında gecikmələr yaşanıb.