- Formula-1
- 21:15 24.01.2026
“Maklaren” komandasının pilotu Lando Norris 2025-ci ildə qazandığı dünya çempionluğu sonrası hisslərini bölüşüb.
90deqiqe.Az xəbər verir ki, "GPBlog" britaniyalı pilotçunun dediklərini belə çatdırıb.
“Heç nə dəyişməyib. Düzünü desəm, evə qayıdanda və oyananda özümü əvvəlki kimi hiss edirəm. Fərq yalnız tədbirlərə gedəndə, komanda ilə işləyəndə və maşının üzərində bir nömrəni görəndə yaranır.
Bu məni gülümsədir. İllər sonra da buna baxıb xatırlayacağam. Yenə də bu bir tituldu. Amma bu, məni dəyişməyib. Mən eyni insanam və elə də qalacağam”
Qeyd edək ki, 2025-ci il dünya çempionluğu Lando Norris üçün karyerasında ilk titul olub.