- Formula-1
- 15:50 25.01.2026
F-1-in sabiq idman direktoru Ross Braun “Mercedes”in mübahisəli mühərriki ilə bağlı fikirlərini bölüşüb.
90deqiqe.Az xəbər verir ki, "Sky Sports" onun dediklərini belə çatdırıb.
“Mənə izah edildiyi şəkildə bu, sadəcə qaydaların ağıllı şərhi kimi görünür. Əvvəllər detalları daha yaxşı bilirdim, amma düşünürəm ki, hər dəfə yeni qaydalar tətbiq ediləndə, keçmişdə də gördüyümüz kimi, onları daha məharətlə şərh edənlər həmişə olur. Bu dəfə də elə olub. Təbii ki, digər komandalar üçün hücum ən yaxşı müdafiə üsuludur və onlar bunu edirlər”
Xatırladaq ki, əvvəlcə bildirilmişdi ki, “Mercedes” yanaşmasını dəyişməli olmayacaq, çünki FİA onların qərarını qaydalara uyğun hesab edib.