- Formula-1
- 22:11 26.01.2026
Formula-1 komandası “Aston Martin” mövsüm-2026 üçün keçiriləcək ilk qapalı testlərin son iki günündə Barselonada iştirak etməyi planlaşdırdığını açıqlayıb.
90deqiqe.Az xəbər verir ki, bu barədə lomandanın sosial şəbəkə hesabında yayımlanan məlumatda bildirilir:
“AMR26 bolidi daha gec mərhələdə Barselonada trekə çıxacaq və şeykdaun mərhələsini keçəcək. Məqsədimiz cümə axşamı və cümə günləri testlərdə iştirak etməkdir”.
Qeyd edək ki, testlər bazar ertəsindən cümə gününədək davam edəcək. Trekə yalnız komandaların əməkdaşları və Formula-1 tərəfindən media vasitəsilə yayımlanacaq rəsmi kontentin çəkilişi üçün məhdud sayda personal buraxılacaq.
Daha əvvəl “Uilliams” komandası FW48 layihəsində yaranan gecikmələr səbəbindən test yürüşlərini buraxacağını elan etmişdi.