28 yanvar 2026. Çərşənbə

“Maklaren” Barselona testlərinin üçüncü gününü buraxa bilər


  • Formula-1
  • 23:10 27.01.2026
  • Oxunma sayı: 33
“Maklaren” Barselona testlərinin üçüncü gününü buraxa bilər

Formula 1 komandası “Maklaren” pre-season testlərinin üçüncü gününü buraxa biləcəyi barədə yayılan xəbərlərə münasibət bildirib.

90deqiqe.Az xəbər verir ki, komandanın açıqlamasında bildirilir ki, 2026 mövsümünün testlərinə start verilməsi və beş günlük dövrdə hər komandanın yalnız üç gün pistdə olması ilə bağlı qaydalar çərçivəsində, “Maklaren” test həftəsini maksimum çevik planlaşdırıb.

Açıqlamada deyilir:
“Testlərin son üç günündə pistə çıxmağı nəzərdə tuturuq, ilk günlər isə maşının tam yığılması və yoxlanılması üçün əhəmiyyətli fürsət yaratdı.”

Qeyd edək ki, Barselonaya 11 komandadan yalnız “Uilyams” qatılmayıb.

 







Formula-1