2 fevral 2026. Bazar ertəsi

Davin Cəfərov Formula 4 Qış Kubokunu izləməyə dəvət aldı!


  • Formula-1
  • 19:34 02.02.2026
  • Oxunma sayı: 46
Davin Cəfərov Formula 4 Qış Kubokunu izləməyə dəvət aldı!

Portuqaliyanın Eştoril şəhərində Formula 4 Qış Kubokuna star verilib.

90deqiqe.Az-ın məlumata görə, “Autodromo Fernanda Pires da Silva” trasında müxtəlif ölkələrdən 30 gənc və istedadlı sürücünü bir araya gətirən yarış gərgin mübarizə və çətin hava şəraiti ilə yadda qaldı. Güclü yağış səbəbindən sessiyalar bir neçə dəfə dayandırıldı və yarış nəzarəti dəfələrlə qırmızı bayraq elan etməyə məcbur oldu.

Yarışda start xəttində yer alması gözlənilən 16 yaşlı Azərbaycanlı pilot Davin Cəfərov Eştoril mərhələsində iştirakçı kimi deyil, tamaşaçı qismində iştirak edib. Davinin Formula 4-də yeri hələ 2025-ci ilin noyabrdan sifariş edilsə də, FIA tərəfindən təsdiqlənmiş Formula 4 komandalarından peşəkar karyerasının növbəti mərhələsinə keçid üçün rəsmi təkliflər alsa da, həllini tapmamış sponsorluq məsələləri onun bu mərhələdə iştirakını təxirə salıb.

Bununla belə, bu müvəqqəti fasilə gənc sürücünün motivasiyasına təsir göstərməyib. Davin hazırlıq prosesini fasiləsiz davam etdirir — gündəlik fiziki məşqlər edir, peşəkar yarış simulyatorları ilə intensiv işləyir və həm fiziki, həm də psixoloji hazırlığını yüksək səviyyədə saxlayır. Maliyyə məsələləri həll olunduğu anda o, bütün diqqətini yenidən yarış trasına yönəltməyə hazırdır.

Davin Cəfərov bu gecikmənin müvəqqəti olduğuna inanır və tezliklə beynəlxalq arenada potensialını nümayiş etdirəcəyinə əmindir. Onun uzunmüddətli məqsədi dəyişməz qalır: Formula 1-ə yüksələn ilk Azərbaycanlı sürücü olmaq!

“Bu gün komanda olaraq podiumda yer aldıq. 3-cü yeri tutduq. Təəsüf ki, mən burda qonaq kimi, tamaşaçı kimi iştirak edirəm. Ötən ilin sonunda sponsorla müqavilə imzalanmaq nəzərdə tutulurdu. Mənim iştirakçı yerim də burda hazır idi. Sadəcə maliyyə məsələlərinə görə mən təəssüf ki, bu yarışda pilot kimi iştirak edə bilmədim. Lakin burda qonaq qismində iştirak etdiyimə görə də çox şadam. Çünki komandamdan və mənə kömək etmək istəyən hər kəsin dəstəyini hiss etmək çox xoşdur. Gələcəkdə Azərbaycan bayrağı altında Formula 4 yarışlarında iştirak edəcəyimə ümidvaram”.







Formula-1