- Formula-1
- 20:31 02.02.2026
“Mercedes” Formula-1 komandası Yozua Dürkse ilə 2026 mövsümü üçün müqavilə imzalayıb.
90deqiqe.Az xəbər verir ki, paraqvaylı pilot komandada inkişaf sürücüsü kimi çalışacaq.
22 yaşlı Dürkse son iki mövsümdə Formula-2-də AIX Racing komandasında çıxış edib və dörd qələbə qazanıb. Bu il o, F-2-də Invicta Racing komandası ilə yarışacaq və eyni zamanda “Mercedes” üçün inkişaf pilotu kimi fəaliyyət göstərəcək.
Dürkse, Fransalı Dorian Pen ilə birlikdə komandaya qoşulub. Onun əsas vəzifələrinə simulyatorda işləmək və əvvəlki nəsil maşınlarla test yürüşləri (TPC) daxildir.
Paraqvaylı pilot təcrübəli simulyator pilotu Entoni Devidsonun rəhbərliyi altında “Mercedes”in pilot hazırlıq proqramının genişləndirilmiş strukturu ilə işləyəcək.