- Formula-1
- 23:46 02.02.2026
Formula 1-in sabiq dünya çempionu Censon Batton 2026 mövsümünün başlanğıcı ərəfəsində “Aston Martin” komandası ilə əməkdaşlıq edəcək.
90deqiqe.Az xəbər verir ki, 46 yaşlı britaniyalı uzunmüddətli razılaşmaya əsasən, komandaya mediya, tərəfdaşlıq və kommersiya proqramlarında dəstək verəcək.
“Aston Martin” ilə komandanın və idmanın belə transformasiya dövründə birgə olmaq mənim üçün həyəcanvericidir. Hondanın komandayla yeni tərəfdaşlığı böyük təsir göstərdi, çoxdan qazandığım təcrübəni bu yeni rola gətirmək üçün səbirsizlənirəm”, – deyə Batton komandanın mətbuat xidməti vasitəsilə açıqlayıb.
Battonun karyerası "Honda"ya sıx bağlıdır – o, 2006-cı ildə F-1-də ilk qələbəsini məhz bu istehsalçının mühərriki ilə qazanıb. Britaniyalı həmçinin keçmiş komanda yoldaşı Fernando Alonsonu da “Aston Martin”də görəcək; Alonso komandada 2023-cü ildən çıxış edir.
Komandanın kommersiya üzrə icraçı direktoru Cefferson Slek Battonun təcrübəsi, nüfuzu və azarkeşlərlə ünsiyyət bacarığının yeni reglamenet dövrü öncəsi komanda üçün böyük dəyər olacağını vurğulayıb.