3 fevral 2026. Çərşənbə axşamı

“Red Bull"un mühərriki təəccüblü dərəcədə güclüdür”


  • Formula-1
  • 23:46 02.02.2026
  • Oxunma sayı: 18
“Red Bull"un mühərriki təəccüblü dərəcədə güclüdür”

“Mercedes” pilotu Corc Rassell 2026-cı il komandası bolidinin Barselonadakı ilk testləri barədə təəssüratlarını bölüşüb və rəqiblərin güc qurğuları ilə bağlı fikirlərini açıqlayıb.

90deqiqe.Az xəbər verir ki, "Motorsport" Rassellin dediklərini belə çatdırıb.

“Bəzən rəqiblərin, xüsusən də ‘Red Bull’un mühərrikindən gördüklərimiz bizi pozitiv şəkildə təəccübləndirdi – tamamilə yeni layihə üçün bu mühərrik çox güclü və etibarlı görünür. Bizim testlərimiz də problemsiz keçdi, amma maşının gözləntiləri doğruldub-doğrultmayacağını görmək üçün hələ gözləməliyik.

Əlbəttə, rəqibləri az qiymətləndirə bilmərik. Daha əvvəl çoxları ‘Red Bull’un mühərrikinin ilk il yetərli olmayacağını deyirdi. Amma gördüklərimizə əsasən, onlar gözləntiləri tam doğrultdular.

"Ferrari"nin mühərriki də etibarlı görünür. Onlar çox dövrə qət ediblər və bizdən çox da geri qalmayıblar. "Haas" komandası da ‘Ferrari’ mühərrikindən istifadə edərək çox dövrə qət edib. Yəni, həqiqətən maraqlı bir mübarizə bizi gözləyir, amma özümüz test edib hiss edə bildiyimiz üçün məmnunuq”







Formula-1