4 fevral 2026. Çərşənbə

“Uilyams” 2026-cı il mövsümü üçün yeni bolid livreyasını təqdim edib - FOTOLAR


  • Formula-1
  • 23:00 03.02.2026
  • Oxunma sayı: 28
“Uilyams” 2026-cı il mövsümü üçün yeni bolid livreyasını təqdim edib - FOTOLAR

Böyük Britaniya Formula-1 komandası “Uilyams” 2026-cı il mövsümü üçün FW48 bolidinin yeni livreyasını təqdim edib.

90deqiqe.Az xəbər verir ki, təqdimatın fotolarını komandanın rəsmi mətbuat xidməti yayıb.

Yeni livreya ötən mövsümlə müqayisədə dəyişikliklərə uğrayıb və dizayna mavi və ağ tonlarda əlavə elementlər əlavə edilib.

Qeyd edək ki, FW48 modelinin hazırlanmasındakı gecikmələr səbəbindən “Uilyams” Barselonada keçirilən mövsümöncəsi testlərdə yeni maşını təqdim edə bilməyən yeganə komanda olub. Komanda FW48 ilə debütü Bəhreyndə fevralın 11-13-də keçiriləcək rəsmi testlərdə etməyi planlaşdırır.

Ötən mövsüm Konstruktorlar Kubokunda 137 xalla 5-ci yeri tutan “Uilyams”ın yarış pilotları Aleks Albon və Karlos Saynsdır.







Formula-1