4 fevral 2026. Çərşənbə

"Karyeramdan sonra Formula-1-də rəhbər olmayacağam"


  • Formula-1
  • 23:03 03.02.2026
  • Oxunma sayı: 35
"Karyeramdan sonra Formula-1-də rəhbər olmayacağam"

Dördqat Formula-1 çempionu, “Red Bull”un pilotu Maks Verstappen peşəkar karyerasından sonra Formula-1-də hər hansı komandanın rəhbəri kimi fəaliyyət göstərməyəcəyini açıqlayıb.

90deqiqe.Az xəbər verir ki, "Yahoo Sports" pilotçunun dediklərini belə çatdırıb.

“Formula-1-də pilot kimi olmaq mənə xoşdur. Düşünmürəm ki, karyeramdan sonra Formula-1-ə rəhbər vəzifədə qayıdım.”

Xatırladaq ki, ötən mövsümdə Verstappen şəxsi hesabda ikinci yeri tutaraq 421 xal toplamışdı. Çempion isə “Maklaren”in britaniyalı pilotu Lando Norris olub. Bu, Norris üçün karyerasında ilk çempionluq tituludur.







Formula-1