4 fevral 2026. Çərşənbə

“Formula-1-də məqsədim yalnız qələbədir”


  • Formula-1
  • 23:19 03.02.2026
  • Oxunma sayı: 34
“Formula-1-də məqsədim yalnız qələbədir”

“Red Bull” komandası ilə Formula-1 üzrə dördqat dünya çempionu olan niderlandlı pilot Maks Verstappen “Kral yarışları”ndakı əsas hədəfindən bəhs edib.

90deqiqe.Az xəbər verir ki, "Yahoo Sports" pilotçunun dediklərini belə çatdırıb.

“Burada sadəcə iştirak etmək üçün deyil, qalib gəlmək üçün varam. Əks halda bunun mənim üçün heç bir mənası olmaz. Belə olan halda yarışlar artıq zövq vermir. Mən hər zaman məhz buna can atmışam və hazırda bu məqsədə uğurla nail oluram”

Qeyd edək ki, ötən mövsüm niderlandlı pilot Formula-1 üzrə şəxsi hesablamada 421 xal toplayaraq ikinci pillədə qərarlaşıb. Çempionluq isə “Maklaren” komandasının britaniyalı sürücüsü Lando Norrisə qismət olub. Bu titul Norris üçün karyerasında ilk dünya çempionluğu olub







Formula-1