- Formula-1
- 22:36 04.02.2026
Formula-1 üzrə “Ferrari” komandası modifikasiya olunmuş yeni mühərrik üzərində işləməyə başlayacaq.
90deqiqe.Az xəbər verir ki, buna FİA-nın “Mercedes”in hazırladığı texniki həlli tam qanuni kimi tanımaq niyyəti səbəb olub.
Məlumata görə, Maranelloda FİA-nın Toto Volffun rəhbərlik etdiyi “Mercedes” komandasının işini legitim hesab edəcəyinə inanırlar. Nəticələrin “Ferrari” üçün əlverişsiz ola biləcəyi ehtimalı nəzərə alınaraq, komanda strateji qərar qəbul edib.
Mühəndis Quаltierinin rəhbərliyi altında 2027-ci il üçün nəzərdə tutulan yeni mühərrik üzərində işlərə başlanılıb. Layihənin əsas məqsədi dinamik sıxılma dərəcəsinin yaradılmasıdır. Komanda rəhbərliyi bu konsepsiyaya məhz FİA-nın “Mercedes”in analoji texnologiyasını qanuni saydığına dair şübhələr səbəbindən razılıq verib.
Yeni texniki həll istilik genişlənmə əmsalı yüksək olan şatunun hazırlanmasını nəzərdə tutur. Bu, temperatur artımı nəticəsində yaranan sıxılma itkisini kompensasiya etməyə imkan verəcək. Bildirilir ki, istehsal məhdudiyyətlərinə görə mühərrikin dinamometrik sınaqları ən tez 2026-cı ilin yayında mümkündür və uğurlu olacağı təqdirdə sistem yalnız 2027-ci ildə yarışlarda istifadə ediləcək.